hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Sərt karantində bayram: Qurbanlıq heyvanlar “Facebook”da satılır

Sərt karantində bayram: Qurbanlıq heyvanlar “Facebook”da satılır

Bu gün qeyd olunan Qurban bayramı ilə bağlı vəziyyət ötən ildəkilərdən xeyli fərqlənir. Koronavirus pandemiyası və sərt karatin rejimi ilə əlaqədar qurbanlıq qoyunların satışında da yeni qaydalar tətbiq olunur.

Onlayn satış həyata keçirilir. Bu isə qurbanlıq heyvanların alqı-satqısında xeyli problemlərin yaranmasına səbəb olub.

Bəzi məlumatlara görə, qurbanlıq heyvanların Bakıya gətirilməsinə icazə verilsə də, satış yerləri olmadığından ciddi problem yaranıb. Buna görə də qurbanlıqların satışı həm də sosial şəbəkə vasitəsilə həyata keçirilir. Belə ki, qurbanlıq heyvan sahibləri telefon nömrələrini sosial şəbəkələrdə paylaşaraq qurbanlq təklif edirlər. Bu zaman diri heyvanın çəkisi hər kiloqram üçün 5,5 manatdan hesablanır.

Kənd Təsərrüfatı Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərində 9, Sumqayıt şəhərində isə 1 satış məntəqəsi üzrə qurbanlıqların satışı təşkil olunub.

Satış məntəqələrində qurbanlıq qoyunlar əvvəlcədən sifariş etmiş vətəndaşlara yalnız kəsilmiş formada təqdim olunur.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2432