hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9389
  • NEFT - 43.47
  • clouds-weather

Sərt karantinə qarşı çıxan ölkədən ÜST-ə ETİRAZ: “Rəqəmləri səhv verir”

Sərt karantinə qarşı çıxan ölkədən ÜST-ə ETİRAZ: “Rəqəmləri səhv verir”

Məşhur virusoloq, koronavirusa görə sərt karantin tətbiqinin əleyhdarı olan Anders Teqnell Ümumünya Səhiyyə Təşkilatının ünvanına sərt tənqidi fikirlər irəli sürüb.

İsveçli virusoloq bildirib ki, ÜST koronavirusa görə yanlış rəqəmlər verir.

"Daily Mail" yazır ki, ÜST İsveç də daxil olmaqla 11 ölkəni "təhlükəli qayıdışın" olduğu ölkələr siyahısına daxil edib:

“Bu, tamamilə anlaşılmazlıqdır. Son zamanlar koronavirusa yoluxanların sayının artması testlərin daha çox aparılması ilə bağlıdır. Ölkədə koronavirusdan ağırlaşma və ölüm halları isə azalır. Bu isə ölkədə vəziyyətin pisə doğru dəyişməsi barədə söylənilənləri doğrulamır. ÜST rəsmiləri ölkə rəhbərliyi ilə bu barədə heç vaxt əlaqə saxlamayıblar".

Mütəxəssis bildirib ki, məhz bu yanlış münasibət İsveçi avropalılar üçün təhlükəli hala gətirməyə xidmət edir.

Xatırladaq ki, İsveç rəhbərliyi ölkədə koronavirusa görə sərt karantin tədbirlərinin tətbiqindən imtina edib. Ölkədə 70 minə yaxın yoluxmavə 5230 ölüm faktı qeydə alınıb.

Bu, digər Şimali Avropa ölkələrindən çoxdur. Ancaq buna baxmayaraq, ölkə iqtisadiyyatında hətta yüksəliş də qeydə alınıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 36521