hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

"Şərt qoydu ki, o, getməlidir, bitirdi adamı" - ReAl-da gərginlik böyüyür

"Şərt qoydu ki, o, getməlidir, bitirdi adamı" - ReAl-da gərginlik böyüyür

"Azər Qasımlı mənim dostumdur, biz onunla partiyalaşma prosesində çox yaxınlaşdıq və mən ona əlimdən gələn hər dəstəyi verdim”.

Cebhe.info xəbər verir ki, bunu ReAl-ın funksioneri Zöhrab İsmayıl "Feysbuk"dakı səhfəsində Məclis başqanlığından istefa verən Azər Qasımlı ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, ReAl-ın partiyalaşma prosesində bir nəfər vardı - Vidadi Səfərov. O da 2013-cü ildən sonra qoşulmuşdu: "Amma partiyalaşma prosesində çox böyük zəhmət vermişdi və hər kəs ona potensial İdarə Heyəti üzvü, gələcək tanınmış siyasətçi kimi baxırdı. Prosesin sonuna yaxın Vidadi bizə aydın olmayan səbəblərdən Azər Qasımlıya qarşı çıxdı, onu üzvlər qarşısında tənqid etməyə başladı.

Azər Qasımlı isə Vidadi Səfərova qarşı çox sərt oldu. Halbuki, birbaşa işlədiyi adam idi, özü onu Təftiş Komissiyasına(TK) təklif etmişdi və ona gələcək İdarə Heyətində (İH) görürdü. Şərt qoydu ki, Vidadi Təşkilat Komitəsindən, qurultay nümayəndəliyindən və El Məclisindən getməlidir. Biz hamımız razılaşmalı olduq, bitirdi adamı. Bu da sizə demokratiya!.

Amma Vidadi və onun dostları gedəndə nə açıqlama verdi, nə bəyanat. ReAl-çılardan başqa heç kəs bilmədi bunu, qurultay üçün heç bir daxili problem yaranmadı. 

Məclisinin toplantısından sonra Azər və başqa bir neçə nəfər açıqlama yaydılar. Məclisin qrupunda yazdım ki, belə məsələləri ictimai yazmayın, aramızda müzakirə edək. Azər təsdiq etmədi postumu, senzuradan keçmədi. Bu da sizə idarəetmə!”.

Cebhe.info


Oxunma sayı: 430