hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Sərt və səhv karantin:Əhalini bir həftə evdə oturmağa məcbur etdikdən sonra məlum oldu ki...

Sərt və səhv karantin:Əhalini bir həftə evdə oturmağa məcbur etdikdən sonra məlum oldu ki...

İtaliyanın Lombardiya regionunda bir həftə ərzində səhvən sərt karantin tətbiq edilib.

Karantinə səbəb səhv statistik məlumatlar olub. Belə ki, bölgədə koronavirusa yoluxmaya dair təsdiqlənmiş rəqəm sayı artıq göstərilib. Bu nəticələr nəzərə alınaraq regionda səhvən karantin tətbiq olunub.

Cebhe.info xəbər verir ki, İtaliya hazırda koronavirusa yoluxmanın vəziyyətinə görə 3 zonaya bölünür- sarı, qırmızı, narıncı. Hər həftə regionlardakı vəziyyət müzakirə olunur və müvafiq qərarlar verilir. Bir həftə əvvəl Lombardiya “qırmızı zona” elan edilib. Bazar günü isə “narıncı zona”ya düşüb. Ölkənin Səhiyyə Nazirliyinin açıqlamasna görə, son həftə ərzində karantinə səbəb olan rəqəmlər səhv düşüb və beləliklə bölgə əhalisi bir həftə karantində yaşamalı olublar. Daha sonra məlum olub ki, rəqəmlər səhv hesablanıb. İndi mərkəzi hökumət və region rəhbərliyi arasında səhvə kimin yol verdiyi və bir həftəlik sərt karantinin kimin günahı ucbatından tətbiq olunduğuna dair mübahisələr var.

İtaliyada “narıncı zona”nın sakinlərinin hərəkət sərbəstliyi var. Onlar hətta şəhərdən kənara da çıxa bilərlər. “Qırmızı zona”nın sakinləri isə evdə oturmalı, ancaq iş və ya xəstəxanaya getməlidirlər. Bu zonada ancaq zəruru istehlak malları mağazaları işləyir.

Xatrladaq ki, ölkədə ümumilikdə 2.4 milyon yoluxma qeydə alınıb. 84 min nəfər ölüb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3037