hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

SƏSSİZ ÖLÜM: Döydüyü qapıların sayı azalır

SƏSSİZ ÖLÜM: Döydüyü qapıların sayı azalır

Hər il yüzlərlə can alan dəm qazından yaxa qurtarmaq mümkün olmur. Rəsmi statistikada dəm qazından ölənlərlə bağlı məlumat olmasa da, mətbuatda tez-tez ölüm faktı barədə informasiya yayılır. 

Cebhe.info-nun araşdırmasına görə, noyabr ayında 8 nəfər, dekabrda isə 3 nəfər dəm qazının qurbanı olub. Dəm qazından ölüm faktı daha çox bölgələrdə baş verib. 

Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov Cebhe.info-ya bildirib ki, noyabr ayından bu yana Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə diaqnozu ilə 18 nəfər daxil olub:

“Onlardan 11 nəfəri xəstəxanaya yerləşdirilib və müalicə edilib. Ölən olmayıb”.

Azər Maqsudov əlavə edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il dəm qazından zəhərlənənlərin sayında azalma var:

“Bu ilin yanvarından indiyədək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 160 nəfər dəm qazından zəhərlənmə ilə bağlı qəbul olunub. Ötən il isə bu rəqəm 260 nəfər təşkil edib”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1464