t Sətəlcəm ölkədə təlaş yaratdı: Hökumət hərəkətə keçdi
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Sətəlcəm ölkədə təlaş yaratdı: Hökumət hərəkətə keçdi

Sətəlcəm ölkədə təlaş yaratdı: Hökumət hərəkətə keçdi

Yaponiyada ilk pnevmoniyalı xəstə qeydiyyata alınıb. 

Cebhe.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Ölkə hakimiyyəti Baş nazirin dəftərxanasında bu hadisə ilə bağlı xüsusi qərargah yaradıb.

Qeydə alınıb ki, bu xəstə çinli kişidir, Tokio yaxınlığında yaşayır, yanvarın əvvəlində Çində olub, yanvarın 3-dən isə hərarəti yüksəlib. Yaponiyaya gələn kimi xəstəxanaya yerləşdirilib. 5 gündən sonra isə tam sağalıb. 

Xəstəxanada götürülən analizlərdən müsbət cavab alınıb.

Qeyd edək ki, ölkə səhiyyəsi xəbər verib ki, bu xəstəlik hava-damcı yolu ilə insandan digərinə keçə bilir.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 683