hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Səttar Mehbalıyev də söyüş müxalifətindən danışdı: “Gərək biz həmin şəxslərin cavablarını verək”

Səttar Mehbalıyev də söyüş müxalifətindən danışdı: “Gərək biz həmin şəxslərin cavablarını verək”

“Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər. Onlar sosial şəbəkələrdə təhqirlər səsləndirir, ölkə başıçısından tutmuş bütün məmurları təhqir edirlər. Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməz. Düşünmürəm ki, azərbaycanlı olan şəxs digər azərbaycanlı haqqında belə fikirlər səsləndirsin”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev həmin söyüş və təhqirləri onların özlərinə və ailələrinə aid edib: “Ölkə Prezidenti xeyli işlər görüb, hər il yüz minlərlə iş yerləri yaradılır. Gərək biz həmin şəxslərin cavablarını verək, görülən işlərin təbliğatını aparaq. Bəlkə kor gözləri ilə görsünlər ki, ölkəmiz necə sürətlə inkişaf edir. Biz ölkə rəhbərliyinin apardığı siyasəti dəstəkləyirik”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 804