hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Səudiyyə-İran qarşıdurması: “Ordu aciz durumdadır” - Politoloq

Səudiyyə-İran qarşıdurması: “Ordu aciz durumdadır” - Politoloq

“Səudiyyə Ərəbistanının neft emalı zavoduna son hücum, dronların qarşısının alınmaması bu ölkənin nə qədər zəif hərbi kadrlara sahib olduğunu göstərdi. Ər-Riyad bundan sonra çətin ki, İranla müharibə aparmaqda maraqlı olsun”. 

Cebhe.info xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə danışıb. Politoloq Səudiyyə Ərəbistanının hazırda məğlub vəziyyətdə olduğunu diqqətə çatdırıb: 

“Bir neçə ildir ki, Yəməndə ayaqyalın husilərlə bacara bilməyən Səudiyyə bu qədər güclü hərbi texnikaya sahib olmasına baxmayaraq, məğlub durumdadır. Səudiyyə Ərəbistanı ABŞ-dan müasir raket və aviasiya silahları almasına baxmayaraq, bu sistemləri idarə etmək qabiliyyətinə malik hərbi kadrlara sahib deyil. Ümumiyyətlə, Səudiyyə ordusu sadəcə texnika cəhətdən geniş imkanlara malikdir. Amma hərbi heyətin döyüş bacarığı və müasir silahlarla işləmək qabiliyyəti yoxdur. Ona görə də adi piyada silahları ilə təchiz olunmuş husilər qarşısında müasir silahlara sahib Səud əsgərləri məğlub olur. Döyüş qabiliyyəti olmayan ordu ilə Ər-Riyadın regional güc olmaq uğrunda mübarizəsi neft emalı zavodunun vurulması ilə fiaskoya uğradı. Halbuki bu ölkənin müasir havadan müdafiə raket sistemi-“Patriot”ları var. Yaxud ordu içində husilərlə və İranla əməkdaşlıq edən zabit heyəti var. ABŞ öz silahlarını bu ölkəyə satmasına baxmayaraq, Ər-Riyad İran qarşısında müdafiəsizdi. Bu hücum göstərdi ki, Ər-Riyad rəsmlərinin müharibə bəyanatı onların məğlubiyyəti ilə nəticələnə bilər. Səudiyyə Ərəbistanı Azərbaycanla dost ölkədir. Ermənistanı bir dövlət kimi tanımır. Məhz bu ölkədən silah alışı gündəmdədir”.

Cebhe.info


Oxunma sayı: 1299