hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Sevgilisini öldürən şəxs özünə də atəş açdı

Sevgilisini öldürən şəxs özünə də atəş açdı

Daha bir qadın qətl qurbanı olub.

Cebhe.info xəbər verir ki, olay Türkiyənin Ordu şəhərində baş verib. Sevgilisini silahla öldürən şəxs, polisin gəldiyini görəndə özünə atəş açıb. 32 yaşlı Kamalla 34 yaşlı sevgilisi Səma arasında baş verən mübahisə qanlı olaya səbəb olub.

Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanları cinayətkarı yaxalamağa çalışıb. Bu zaman qətli törədən şəxs polisin ona yaxınlaşmasına imkan verməyib və silahla özünə atəş açaraq ağır yaralanıb.

Yaralanan şəxs Fatsa Dövlət Xəstəxanasına yerləşdirilib.

Olayla bağlı araşdırmalara başlanıb.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1156