hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Səyahət mümkün olacaq:"Kovid-pasport"lar işə düşür

Səyahət mümkün olacaq:"Kovid-pasport"lar işə düşür

Avropa İttifaqında artıq iyun ayında koronavirusa qarşı vaksinasiya haqqında sertifikatlar sisteminin fəaliyyətə başlanılmasının mümkünlüyü qeyd edilib.

Cebhe.info RBK-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyen jurnalistlərə bildirib.

Lyayyenin sözlərinə görə, hazırda bu sahədə hüquqi və texniki hazırlıq işləri aparılır.

Məlumata görə, bu qərar Aİ-yə daxil olan ölkə liderlərinin son qeyri-rəsmi görüşündən sonra verilib.

Lyayyen həmçinin bildirib ki, sözügedən sertifikat sistemi ilə bağlı məsələ bu ay öz həllini tapacaq.

Qeyd edək ki, sertifikatı , yəni "kovid-pasport"ları əldə etmiş şəxslər səyahətə çıxa biləcəklər.

Xatırladaq ki, sözügedən sənəddə şəxsin vaksin olunması və ya test cavablarının mənfi yazılması öz təsdiqini tapacaq.
Bir müddət əvvəl "Kovid-pasport"-lar sisteminin tətbiqini "Böyük iyirmilik"ölkələrinin Turizm nazirləri də dəstəkləyib.
Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1673