hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Seyran Ohanyan: “Kəndlərdən keçən yol Azərbaycana veriləcək, çünki orda azərbaycanlılar yaşayıb”

Seyran Ohanyan: “Kəndlərdən keçən yol Azərbaycana veriləcək, çünki orda azərbaycanlılar yaşayıb”

“Paşinyan hökuməti şifahi razılaşma əsasında İcevan-Berd və ya İcevan-Noyemberyan avtomobil yoluna nəzarəti Azərbaycan tərəfinə verəcək”.

Cebhe.info xəbər verir ki, bu iddia ilə Ermənistanın keçmiş müdafiə naziri, Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” blokundan namizəd Seyran Ohanyan çıxış edib.

Ohanyan bunu Noyemberyanda seçicilər qarşısında təbliğat çıxışında deyib. Əsas göstərməsə də, bu barədə şaiyələrin çox olduğuna diqqəti çəkib:

“Yolun Azatamut və Voskepar kəndlərindən keçən hissəsi Azərbaycanın nəzarəti altına düşəcək. Bunun üçün onlara heç bir ilkin şərt də irəli sürülmyəcək. İndiki hakimiyyətdəkilərin sözlərinə görə, yolun həmin hissələri verilməlidir, çünki orada azərbaycanlıar yaşayıb”.

Ohanyan hesab edir ki, Zəngəzur (Sünik) və Göyçə (Qeqarkunik) yox, həm də Tavuş vilayəti üçün də təhlükə yaranıb:

“Situasiyanı yeni qüvvələrin hakimiyyətə gəlişi xilas edə bilər”.
Xəzər
Cebhe.info


Oxunma sayı: 11375