hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Sidneydə İslami və müasir üsluba uyğun məscid inşa edillib

Sidneydə İslami və müasir üsluba uyğun məscid inşa edillib

Avstraliyada yerləşən Pançbol məscidi Sidney ətrafında yerləşir. Məscidin tikilişində İslami və müasir dizayna xas elementlərdən istifadə olunub. Tikilişə 1996-cı ildə qərar verilsə də, bəzi yerli orqanların razılıq verməməsinə görə, lisenziyanın alınmasına 17 il sərf olunmuşdur.

Cebhe.info deyerler.org-a istinadən bildirir ki, məscid özəl arxitekturaya malikdir. Məscidin tavanı pilləkənvari taxta günbəzlərlə bəzədilib. Günbəzlərdə qoyulmuş dəliklər məscidin təbii işıqlandırılma və havalandırılması üçün böyük rol oynayır. Məscidin günbəzində qızılla yazılmış Allahın 99 adı ibadət yerinə xüsusi gözəllik verir. Məsciddə ornamentlərə və rənglərə rast gəlmək olmur. Müəyyən yerlərdə daşlardan və taxtalardan istifadə olunmuşdur. Məscid iki həyətə malikdir.

Məscidin layihəsi 10 il bundan qabaq Anjela Kandalesu tərəfindən hazırlanmışdır. 550 kvadrat metr sahəsinə malik olan məscid 2017-ci ildə istifadəyə verilmişdir.

Cebhe.info


Oxunma sayı: 705