hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Sığorta bazarına bahalıq gəlir: Vətəndaşın cibindən çıxacaq

Sığorta bazarına bahalıq gəlir: Vətəndaşın cibindən çıxacaq

Avtomobillərin icbari sığortasının qiymətinin bahalaşacağı məsələsi gündəmə gəlib.

Bunu, son illər sığorta ödənişlərinin artması ilə əlaqələndirirlər. Qeyd edək ki, icbari avtomobil sığortası üzrə yığımlar ötən ilin yanvar-sentyabr dövründə 72 milyon 554 min manat ikən, bu ilin eyni dövründə 76 milyon 198 min manat təşkil edib. Ötən ilin yanvar-sentyabr dövründə 38 milyon 303 min manat təşkil etmiş sığorta ödənişləri, bu ilin eyni dövründə isə 48 milyon 700 min manat təşkil edib. Sığorta ödənişlərinin sığorta yığımlarında xüsusi çəkisi 53-dən 64 faizə yüksəlib. Eyni zamanda sığorta şirkətləri işlərin aparılması, komissiyaların ödənilməsi üzrə xərclər çəkirlər. 

Maraqlıdır, avtomobillərin icbari sığortası bahalaşa bilərmi? Bunun məntiqi izahı varmı?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bu nəinki iqtisadi, adi məntiqə də uyğun deyil: “Sığortanın onsuz da işi ödənişləri həyata keçirməkdir. Azərbaycanda 1 milyona yaxın avtombil var. Bu avtomobillərin neçə faizi qəza törədir ki, məcburi icbari sığortadan yığılan vəsait bəs etməsin? Dünyanın bütün ölkələrində bunun statistik analizini aparsaq, görərik ki, belə icbari sığorta növləri hər zaman gəlirlidir.

Sığorta şirkətləri öz işlərini doğru qura bilmirlərsə, risk menecmentləri zəifdirsə, təmir üçün ən bahalı rəsmi dillerlə müqavilə bağlayırlarsa, bu onların problemidir. Halbuki kiçik və orta sahibkarlara dəstək üçün orta təmir müəssisələri ilə müqavilə bağlayıb daha ucuz qiymətə iş gördürə, az ödəniş edə bilərlər. Bəzən rəsmi dillerlə onunla eyni keyfiyyətdə digər bir yerdə olan təmir arasında 3-4 dəfə qiymət fərqi olur. Sığorta şirkətləri bu məsələləri həll etməlidir. Onlar öz xərclərini optimallaşdırsınlar, nəinki qiymət artımı yolu ilə gəlirlərini artırmağı düşünsünlər. Bu tamamilə məntiqə uyğun davranış deyil”. 

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 661