hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Sığorta şirkətləri niyə bağlanır? - "Pul yoxdur" - AÇIQLAMA

Sığorta şirkətləri niyə bağlanır? - "Pul yoxdur" - AÇIQLAMA

Azərbaycanda daha bir neçə sığorta şirkəti bağlana bilər.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyev qurumun keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, son illər sığorta şirkətlərinin bağlanma tendensiyası gedir. Bu il də bir neçə şirkət fəaliyyətini dayandırıb.

Sığorta bazarında yaranan bu durumun səbəbi nədir?

Hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, ayrı-ayrı sığorta şirkətlərinin bağlanmasının fərqli səbəbləri var:

“Bəzi sığorta şirkətlərinin problemi ona görə yaranıb ki, onlar hansısa banka məxsus olublar. Həmin bankın problemli kreditlərinə görə vəziyyəti pisləşdiyinə görə ona bağlı olan sığorta şirkətinin də problemi yaranıb. Və ya bank bağlanıb və sığorta şirkətinin də pulu həmin bankda olub".

Bununla yanaşı ekspert bildirir ki, əksər hallarda problem qeyri-peşəkar idarəçiliklə bağlı yaranır:

“Həmçinin qeyri- peşəkar sığorta nəzarətinin həyata keçirilməsi problem yaradır. Şirkətlər vaxtında öz risklərini qiymətləndirmirlər və bu cür fəaliyyət nəticəsində ağır vəziyyətə düşürlər. Eyni zamanda, sığorta şirkətlərinin rəhbərlərinin qeyri- dürüstlüyü də buna səbəbdir. Faktiki olaraq, sığorta olunanlardan cəlb olunan pulların talanması baş verir. Pullar talanır, guya hara isə xərcləyir, amma bir də ayılırlar ki, pul çatmır”.

Əkrəm Həsənov deyir ki, məlumatlara görə, ötən ilin sonundan sığorta şirkətlərinə nəzarət səlahiyyəti Mərkəzi Banka keçib:

“Məlumatlara görə, Mərkəzi Bank bu bazar üçün hansısa konsepsiya hazırlayır. Amma hələlik Mərkəzi Bankın nə etmək istədiyi, bu sektoru necə xilas etmək istədiyi barədə məlumatlar yoxdur. Mərkəzi Banka səlahiyyətlər ötən ilin noyabr ayında verilib, 10 aydır ki, amma bu barədə bəyanatları ortada yoxdur. Bunu gözləyirik”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 5083