t Şimal bölgəsinə qar yağıb
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Şimal bölgəsinə qar yağıb

Şimal bölgəsinə qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

Bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 13 sm, Xaltan kəndində 5 sm, rayon mərkəzində 3 sm, Qusarda 4 sm, Xızının Altıağac qəsəbəsində 5 sm-ə çatıb.

Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burda temperatur mənfi 12 dərəcəyədək enib/APA.

Cebhe.info


Oxunma sayı: 1596