hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Şimali İrlandiyada iğtişaşlar: 41 polis xəsarət alıb

Şimali İrlandiyada iğtişaşlar: 41 polis xəsarət alıb

Şimali İrlandiyada davam edən iğtişaşların altıncı gecəsi ən azı yeddi polis xəsarət alıb.

Cebhe.info-nun məlumatına görə, bu barədə “Belfast Telegraph” qəzeti xəbər yayıb.

Yalnız son bir həftədə ən azı 41 polis əməkdaşı xəsarət aldığı qeyd edilir.

Gecə də bir avtobus oğurlanaraq yandırılıb. “Belfast Teleqraf”ın fotoqrafına hücum edilib.

Baş verən qarşıdurmalarla əlaqədar olaraq Şimali İrlandiya parlamenti və hökuməti birgə fövqəladə iclas çağırıb.

İğtişaşlar yalnız paytaxt Belfastda deyil, eyni zamanda Karrikferqus və Londonderri də daxil olmaqla bir sıra digər şəhərlərdə baş verir.

Yaranmış vəziyyətdən narahat olan Britaniyanın Baş naziri Boris Conson etirazçıları dialoqa çağırıb.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 375