hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Şimali Koreyada son 40 ilin ən güclü quraqlığı qeydə alınıb

Şimali Koreyada son 40 ilin ən güclü quraqlığı qeydə alınıb

Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) rəsmiləri ölkənin son 40 ildə ən güclü quraqlıqla qarşılaşdığını bildiriblər.

Cebhe.info xəbər verir ki, rəsmiləri hesab edirlər ki, bu hal əhali üçün ərzaq çatışmazlığına gətirib çıxara bilər.

Məlumata görə, 5 ayında ölkəyə orta hesabla 54,4 millimetr yağıntı düşüb, bu da son 37 il ərzində ən aşağı göstəricidir. Şimali Koreyada quraqlığın may ayının sonlarınadək davam edəcəyi gözlənilir.

Eyni zamanda quraqlıq başlamazdan əvvəl BMT Şimali Koreya əhalisinin, xüsusilə uşaqların qidalanması barədə narahatlığını ifadə edib. Təşkilatın məlumatına görə, bu ölkədə beş yaşınadək uşaqların üçdə biri daim yarıac-yarıtox vəziyyətdə yaşayır.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 738