hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Konqresdən Qarabağ qərarı - TƏCİLİ

Konqresdən Qarabağ qərarı - TƏCİLİ

ABŞ Konqresinin Nümayəndələr Palatası, konqresmen Cudi Çunun Dağlıq Qarabağa dair “Roys-Engel” təklifinə düzəliş edilməsini səs çoxluğu ilə dəstəkləyib.

Cebhe.info-nun məlumatına görə, bu barədə xəbər ABŞ-dakı Erməni Milli Komitəsinin saytında yerləşdirilib. Cudi Çunun iyul ayının əvvəlində verdiyi təklif Dağlıq Qarabağda əsgərlərin təmas xəttindən snayperlərin çıxarılmasını və ATƏT müşahidəçilərinin sayının artırılmasını nəzərdə tutur. Sənədə əsasən sərhəd zonasında atəşkəs rejiminin pozan tərəfi müəyyənləşdirən xüsusi avadanlıqların-lokatorların yerləşdirilməsi təklif olunub.

Xatırladaq ki, “Roys-Engel” təklifi ilk dəfə 2015-ci ildə Nümayəndələr Palatasının Xarici Məsələlər üzrə Komitəsinin sabiq sədri Ed Roys və hazırkı rəhbəri Eliot Engel tərfindən hazırlanaraq qəbul edilib. Sözügedən təklifin lehinə ABŞ Nümayəndələr Palatasının 100 nəfərdən artıq üzvü səs verib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 22243