hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Universitetlərdə pullu hazırlıq kursları açılmadı: Qanunun icrası təxirə salındı

Universitetlərdə pullu hazırlıq kursları açılmadı: Qanunun icrası təxirə salındı

2017-ci ilin iyun ayında “Təhsil haqqında” Qanuna universitetlərin nəzdində hazırlıq qruplarının yaradılmasını nəzərdə tutan bənd əlavə edilib. 

Yardılması planlaşdırılan hazırlıq qruplarına ali məktəblərə qəbul imtahanlarında keçid balını toplaya bilməyən, aşağı nəticə göstərərək ixtisas seçiminə buraxılmayan abituriyentlərin qəbulu nəzərdə tutulurdu. 

Universitetlərdə hazırlıq kurslarının 2018-2019-cu tədris ilindən fəaliyyətə başlanılacağı bildirilirdi. Bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də açıqlama verərək 2018-2019-cu tədris ilində universitetlərdə hazırlıq kurslarının fəaliyyətə başlaya biləcəyini bildirmişdi. 

Göründüyü kimi, universitetlərdə ötən ildən hazırlıq kursları fəaliyyətə başlamalı idi. Mövcud qanunvericilik də hazırlıq qrupların fəaliyyətə başlamasına imkan verir. 

Amma qanuna edilən dəyişiklikdən 2 ildən artıq zaman keçsə də, hələ də universitetlərdə hazırlıq kursları açılmayıb. 

Görünən odur ki, 2019-2020-ci tədris ilində də ali təhsil müəsssiələrinin nəzdində hazırlıq kursları fəaliyyətə başlamayacaq. 

Cebhe.info-ya daxil olan məlumata görə,  universitetlərdə hazırlıq kurslarının yaradılması ilə bağlı məsələ qeyri-müəyyən müddətə təxirə salınıb. 

Buna səbəblərdən biri kimi hazırlıq kurslarını bitirənlərin ali məktəblərə hansı qaydalar əsasında qəbulu ilə bağlı yaranmış mübahisəli vəziyyət göstərilir. Bəzi iddialara görə, ödənişli əsaslarla hazırlıq kurslarını bitirənlər ali məktəblərə xüsusi imtiyazla qəbul olunacaqlar ki, bu da müsabiqə vəziyyətini çətinləşdirəcək, eyni zamanda müəyyən narazılıq yaradacaq. 

Digər bir fikrə görə, qanunda edilən müvafiq dəyişiklik həm də abituriyentlərin digər ölkələrin ali məktəblərinə axınının qarşını almaq məqsədi daşıyacaq. Ancaq hələlik müvafiq dəyişikliyin hansı formada icra ediləcəyi tam dəqiqləşmədiyindən, hazırlıq kurslarının açılması bu il də mümkün görünmür.

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 2344