hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

27 nəfərin başını kəsən 2 cəllad: Türklər gəldi, kürdlər əl-ayağa düşdü, amerikalılar qaçırtdı

27 nəfərin başını kəsən 2 cəllad: Türklər gəldi, kürdlər əl-ayağa düşdü, amerikalılar qaçırtdı

ABŞ İŞİD terror təşkilatının iki təhlükəli cəlladını Suriyadan qaçırıb. 

Cebhe.info xəbər verir ki, xəbəri ABŞ Prezidenti Donald Tramp da təsdiqləyib.

Hər iki şəxs xüsusilə baş kəsməyi əks etdirən görüntülərlə tanınıb. Söhbət britaniyalı Aleksanda Koti və əş-Şəfi Əl-Şeyxdən gedir.

Onlar hər ikisi Türkiyənin  Suriyaya dünən başlayan  hərbi əməliyyatı ilə əlaqədar ölkədən çıxarılıb. Hər iki şəxs kürd birləşmələri tərəfindən dünən ABŞ-a təhvil verilib.

Hər iki cəllad “Beatles" adını alıb. Onlara bu ləqəb Britaniya ləhcələrinə görə verilib. Onların adı 27 nəfərin qətlində çəkilir. Bura amerikalı jurnalistlər də daxildir. 

Tramp bildirib ki, hər iki cəllad xüsusi mühafizə olunan yerdə saxlanılır. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 15764