t Dünya tikan üstündə: Bu görüntülər insanlarda qorxu və təlaş yaradıb - VİDEO 
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Dünya tikan üstündə: Bu görüntülər insanlarda qorxu və təlaş yaradıb - VİDEO 

Dünya tikan üstündə: Bu görüntülər insanlarda qorxu və təlaş yaradıb - VİDEO 

Çində ortaya çıxan və 6 nəfərin ölümünə səbəb olan koronavirus tibb işçilərini hərəkətə gətirib. 

Narahatlığı artıran səbəblərdən biri də təyyarələrdə xüsusi qrupların sərnişinləri tək-tək yoxlaması olub. 

Buna dair görüntülər yayıldıqdan sonra Ümumdünya Səhiyyə Təşkilatı virusun başqa ölkələrdə də yayılma ehtimalına dair xəbərdarlıq edib. 

İnsandan insana keçən virusdan ölənlərin sayının artacağı təxmin edilir. Çində bir neçə həftədə geniş yayılan və kütləvi narahatlığa səbəb olan virusla bağlı jurnalist David Paulkun paylaşımı da maraqla qarşılanıb. Onun sosial şəbəkə hesabında təyyarədə qeydə alınan yoxlamaya dair gərüntülər narahatlığı daha da artırıb.

Video sosial şəbəkələrdə sürətlə paylaşılıb və milyonlarla insan tərəfndən izlənilib. 

Rəsmi rəqəmlərə görə, ölkədə 20 yanvara qədər virusa yoluxanların sayı 291-ə yüksəlib. Ancaq müstəqil ekspertlər bu sayın 2 minə yaxın olduğununu bildirir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 21869