hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Paşinyan generalları son ümid kimi Qarabağa göndərdi

Paşinyan generalları son ümid kimi Qarabağa göndərdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan silahlı qüvvələrinin qarşısında məğlubiyyətdən xilas olmaq üçün ən yüksək rütbəli hərbçiləri cəbhəyə göndərib.

Cebhe.info-nun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryan və 5-ci ordu korpusunun komandanı, general-mayor Andranik Piloyan son ümid kimi döyüşlərin getdiyi əraziyə ezam olunub.

Onlara Azərbaycanın işağldan azad etdikləri ərtazilərə hücum təşkil etmək əmri verilib. Ermənistanın ümidləri tükəndiyindən işğalçı ölkənin mətbuatı Xaçatryanı və Piloyanı cəbhəyə getdiyinə görə milli qəhrəman adlandırıb. Ancaq onların müharibədə hər an məhv ediləcəyi də gözləniləndir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 4115

Bizim Telegram səhifəmizi izləyin