hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Professor: “Yaxın 10 gündə Azərbaycanda yoluxma kəskin azalmalıdır”

Professor: “Yaxın 10 gündə Azərbaycanda yoluxma kəskin azalmalıdır”

Artıq neçə müddətdir Azərbaycanda koronavirusa yoluxma sayı iki min civarında olur.

Bəzi yumşalmalar olsa da, insanlar həmişəki kimi açıq havada maska taxmaq məcburiyyətindədirlər.

Dünyada artıq koronavirusun 3 və 4-cü dalğasının müşahidə olunduğu ölkələr var.

Azərbaycanda koronavirusun neçənci dalğasıdır və virusla mübarizə necə gedir?

Bununla bağlı Cebhe.info-ya açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki , Azərbaycanda koronavirusun üçüncü dalğasının pik mərhələsini yaşayırıq:

“Müsbət tendensiyalar müşahidə edilir. Bəzən sağalma sayı yoluxma sayını üstələyir. Lakin hələlik yoluxma tendensiyasında ciddi eniş yoxdur”.

Professorun sözlərinə görə, yaxın on gün ərzində yoluxanların sayında ciddi eniş müşahidə edilməlidir: “Hesab edirəm ki, koronavirusun üçüncü dalğasından sonra həm vaksinasiya olunmuş insanların sayı, həm də COVİD-ə yoluxub immunitet qazananların hesabına xəstəliyə qarşı kollektiv immunitet əldə edəcəyik. Bunun nəticəsində ya tək-tük xəstəliyə tutulanlar olacaq, ya da bu virusla vidalaşmalı olacağıq”.

Ülviyyə Mirzəyeva

Cebhe.info


Oxunma sayı: 3785