hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

Siqaret qaçaqmalçılığının qarşısı alınıb

Siqaret qaçaqmalçılığının qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 3 fakt üzrə 5000 ədəd müxtəlif markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "MAN", "Mercedes Benz Actors" və Türkiyə Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən, ümumilikdə 5000 ədəd "Marlboro" markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Xatirə
Cebhe.info


Oxunma sayı: 628