hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

Siqaret qutusundan psixotrop maddə çıxdı

Siqaret qutusundan psixotrop maddə çıxdı

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində yoxlama aparılıb. 

Dövlət Gömrük Komitəsindən Cebhe.info-ya verilən məlumata görə, nəticədə şəxsə məxsus 1 ədəd "Kent" markalı siqaret qutusunun içərisindən 4 ədəd bükümdə, çəkisi 0,802 qram olan psixotrop maddə-metamfetamin aşkarlanıb. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. 

Faktla bağlı araşdırma aparılır. 

Cebhe.info


Oxunma sayı: 353