hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Siyasi dəyişkənliyin “Yurd” nümunəsi: Əli Kərimli Elçibəydən niyə imtina etdi?

Siyasi dəyişkənliyin “Yurd” nümunəsi: Əli Kərimli Elçibəydən niyə imtina etdi?

Son vaxtlar siyasi həyatda pasivlik hökm sürür.

Ənənəvi müxalifət daxilində Demokratik Qüvvələrin Milli Şurası adlanan qurumu və Müsavat Partiyasını belə kölgədə qoymuş Azərbaycan Xalq Hərəkatında baş verən parçalanmalar, qopmalar prosesləri sanki səngidib. Yeni müxalifət statusuna iddialı qüvvələr isə əvvəlki aktivliyində qalır. Onlar (AXCP, ReAl, Ağ Partiya, AVİP və s) yenə debatlara, zal tədbirlərinə üstünlük verir, öz ideyalarını cəmiyyətdə daha çox siyasi maarifçilik metodları ilə yaymağa çalışırlar.

Küçə mübarizəsinə, mitinq taktikasına üstünlük verən qüvvələr isə yanvar ayından bu yana seyntnot vəziyyətindədir. Artıq onların sosial tələbləri də ciddi reaksiya doğurmur. Siyasi məhbus məsələsi arxa plana keçib. Artıq Milli Şura təmsilçiləri youtube televiziyalarında da az-az görünməyə başlayıblar. Mövzu olmadığından yenə diqqət şəxslərin üzərinə gətirilir. Sevinc Osmanqızının internet televiziyasına qonaq olan “Yurd” sədri Əli Kərimli yenə də özündən danışıb, guya son vaxtlar ona qarşı təzyiqlərin, hədə-qorxuların artdığını, təxribat hazırlandığını bildirib.

“Hər dəfə bu təxribat xəbərləri yayılır. Sonra beynəlxalq təşkilatlar işə qarışır, ya hansısa bir formada bu təxribatların qarşısı alınır. Bəlkə də bu senarilər ona görə hazırlanır ki, biz hər dəfə cəhdlər edək, cəmiyyət bu məsələdən yorulsun”.

Bunu çıxışında Əli Kərimli deyib. Maraqlıdır, son 1 ayda “Yurd” sədri ilə bağlı heç bir olay baş verməyib, xəbər yayılmayıb.

Bəs bu xof hardandırə

Əslində, bu, xof da deyil. Sadəcə, “Yurd” sədri gündəmdən düşdüyünü, cəmiyyətin maraq dairəsində olmadığını anlayır, ona görə bu cür ucuz piar metodları seçir.

Siyasi proseslərə ciddi təsir rıçaqları olmayan, ölkədə mövcud olan milli demokratik qüvvələrin yanında etimadını itirmiş bir qrup liderinə qarşı təxribat törətmək kimin nəyinə lazımdırə

Onu da vurğulayaq ki, son zamanlar hakim partiya təmsilçilərinin açıqlamalarından görünür ki, hakimiyyət siyasi durğunluqda maraqlıdır, aktivlik istəmir. O halda, “Yurd” sədrinin saxta gündəm yaratmaq taktikasının qeyri-səmimiliyi ortaya çıxır.

“Yurd” sədrinin son çıxışında daha ciddi nüans diqqəti çəkir. Əli Kərimli “Biz öz işimizdəyik, Məhəmməd Əmin Rəsulzadənin yolundayıq. Bu yol Rəsulzadə yoludur”,- deyir.

Doğrudur, Azərbaycan demokratikləşməsi, türk dünyasına, müasir dünyaya inteqrasiyası yolunun müəllifi Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə Rəsulzadədir. Ancaq ötən əsrin 80-90-cı illərində müstəqillik və demokratiya hərəkatı başlananda milli qüvvələr bu ideoloji tezisə Elçibəyçiliyi də əlavə etdilər. Milli qüvvələr daim Rəsulzadə-Elçibəy ideya-siyasi xəttində olduqlarını hər zaman bəyan ediblər.

Rəsulzadə yolu türkçülük, müasirlik, demokratiya yoludursa, Elçibəyçilik özündə bütövlüyü ehtiva edir. Ötən əsrin 90-cı illərində ilk dəfə olaraq Əbülfəz Elçibəy Güney Azərbaycan məsələsini siyasi gündəmə gətirdi. Azərbaycanın tarixi torpaqlar çərçivəsində birləşməsini, bütövləşməsini qarşıya məqsəd qoydu. Bütöv Azərbaycançılıq şovinizm, separatizm, bölüçülük deyil. Elçibəy deyirdi ki, Azərbaycan xalqına qarşı tarixi ədalətsizlik baş verib. Torpaqlarımız iki imperiya arasında parçalanıb. İndi o imperiyaların heç biri yoxdu. O halda, birləşmək Azərbaycan xalqının ən doğal hüququdur. Elçibəy Xalq Cəbhəsi Partiyasının sədri idi. “Yurd” qrupu da AXCP-dən qopmuş bir qurumdur. Məntiqlə Əli Kərimli Elçibəy yolunda olduğunu hər çıxışında vurğulamalıdır.

Hələ ötən əsrin 90-cı illərində “Yurd” qrupunun milli xəttə düşmən olan güclərlə şübhəli əlaqələrini bir kənara qoyuruq. Söhbət indidən gedir. Məlumdur ki, “Yurd” qrupu Milli Şurada təmsil olunur. Bu qurumda İrana bağlı islamçı qüvvələr də var. “Yurd” sədri onların hesabına bir neçə mitinq də keçirib. Görünür, Əli Kərimli Milli Şuradakı irançıların xətrinə dəyməmək üçün Elçibəyi artıq çıxdaş edir, böyük liderin adını çəkməyə belə qorxur. Kəsəsi, “Yurd” sədri onu siyasətə gətirmiş, daim arxa durmuş, dövlət katibi təyin etmiş, 10 il deputat olmasına siyasi dəstək vermiş Əbülfəz Elçibəyi Milli Şuradakı islamçıların lideri Hacı Talehə dəyişdi. Buna siyasətdə “siyasi nankorluq” və “siyasi buqələmunluq” deyirlər.

Aydın

Cebhe.info


Oxunma sayı: 2333