t Siyasi elitalara qarşı təhlükə: “Fərdlər önə çıxır” - Politoloq
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Siyasi elitalara qarşı təhlükə: “Fərdlər önə çıxır” - Politoloq

Siyasi elitalara qarşı təhlükə: “Fərdlər önə çıxır” - Politoloq

“Son dövrlər dünyada ciddi keyfiyyət dəyişiklikləri gedir. Xüsusilə ənənəvi trendlər öz yerini yeni trendlərə verir. Artıq dünyada fərdlər aktiv rol oynamağa başlayıb və onlar ənənəvi elitaları qəbul etmirlər. Bir sözlə dünya çapında anti elitist, anti qlobalist, anti sistemist qüvvələr fəal olmağa başlayıb”. 

Bunu Cebhe.info-ya açıqlamasında Qafqaz Strateji Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin (QAFSAM) eksperti Kamran Sultanlı deyib. 

O, qeyd edib ki, dünyanın uzun illər idarə edən və rifah mərkəzi sayılan Avroatlantik məkanda trendlər dəyişməkdədir: 

“Burada ənənəvi siyasi qruplara inam azalır və populistlər siyasətdə aktiv rol almağa başlayır. Birincisi, intellektual və savadlı insanların siyasətdən uzaqlaşıb biznesə istiqamətlənməsi, son dövrlər Qərbə olan güclü miqrant axını və buraya gələn miqrantların cəmiyyətlərə inteqrasiya edə bilməməsi yerli əhalini daha da mühafizəkar edir. Bundan istifadə edən populist və avroskeptik qruplar önə çıxmağa başlayır. Bütün bunlar isə Atlantik dünyada yeni qeyri-ənənəvi siyasi trendin yaranmasına səbəb olur. Sağ mühafizəkar cəbhənin isə qarşısı alına bilmir. Artıq dünyada virtual bir trend yaranır. Sosial şəbəkələr ənənəvi media nəhənglərini sıradan çıxarır, bu cür kanalların Qərbin siyasi həyatına təsir imkanları məhdudlaşır, əvəzində sosial şəbəkələr diktə edən tərəfə çevrilir və dövlətlər məhz bunlarin vasitəsilə hibrid müdaxilələrə cəhd edirlər. Bu cür müdaxilələr hərbi müdaxilədən daha effektli olur. Ən azı dövlətlər canlı itki vermir, xərclər çox olmur və bununla dövlətlərin daxilində cəmiyyətin şüuruna, mənəviyyatına təsir edilir. Böyük insan kütləsi manipulyasiyaya və başqa dövlətlərin maraqlarına məruz qalır. Qərbdə gedən bu cür dəyişikliklər özünü bütün dünyada göstərir”. 

Ekspertin fikrincə, Trampın hakimiyyətə gəlməsindən sonra Transatlantik əlaqələrdə ciddi bir gərginlik və inamsızlıq yaranib. Əvəzində Rusiya kimi dövlətlər bundan istifadə edib Qərbin daxilində güclü lobbi fəaliyyətinə start verib: 

“Tək Amerika deyil, bütün dünyada ciddi dəyişiklik gedir. Almaniyada neonasist AFD-in, Fransada milliyyətçi və Avroskeptik Le Penin, İtaliyada populist və avroskeptik Salvininin nüfuz yığması, üstəlik Ukrayna və Gürcüstan kimi ölkələrin ərazi bütövlüyünə qarşı artıq Qərbin bir çox siyasi dairələrində olan maraqsızliq əksinə Rusiyaya olan ehtiyac və onunla dialoqa atmaq bizi, eləcə də digər üçüncü dünya dövlətlərini düşünməyə vadar edir. İndi həm də Transatlantik əlaqələrdə, güclü bir qutbləsmə var. Xristian fundamelistlərin, sağçı qüvvələrin mövqeyi olduqca güclənib. Qərbdə solçu dairələr sürətlə materialist dəyərlərə istiqamətlənir, belə olan halda sağ dairələrdə dini paradiqmalar artır. Xüsusilə, Avropada müsəlman miqrasiyasının güclənməsi Avropanın sağçı və populist liderlərinin reytinqini surətlər artırır. Bu trendin qarşısı medianın və dövlətlərin bütün təbliğatına baxmayaraq alına bilmir”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1277