hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Siyasi mübarizədə söyüş, təhqir, şər-böhtan - Milli Cəbhə Partiyasının MÖVQEYİ

Siyasi mübarizədə söyüş, təhqir, şər-böhtan - Milli Cəbhə Partiyasının MÖVQEYİ

"Siyasətdə söyüşlə, təhqirlə, şər-böhtanla mübarizə istər hüquqi, istər dini, istər mental baxımdan qəbuledilməzdir".

Cebhe.info xəbər verir ki, Milli Cəbhə Partiyası (MCP) bəyanatında belə deyilir. Bəyanatda bildirilirb ki, MCB birmənalı şəkildə siyasi mübarizədə etikadan kənar bütün yollara, vasitələrə qarşıdır:

"Azərbaycan respublikasınıln konstitusiyasında hər bir vətəndaşın hüququ, şərəf və ləyaqəti, şəxsi həyatı toxunulmazdır.

Söyüşə, təhqirə yol verən, şəxsi həyata müdaxilə edən hər bir kəs Azərbaycan resbublikasının müvafiq qanunlarına əsasən hüquqi məsuliyyət daşıyır.

Xalqımızın mental dəyərlərində də bu kimi hallar qəbuledilməzdir, xoş qarşılanmır.

Milli Cəbhə Partiyası (MCP) hər kəsin şərəf və ləyaqətini toxunulmaz qəbul edir, söyüşə, təhqirə, şər-böhtana, şəxsiyyətin alçaldılmasına qarşı mübarizə aparıb, bundan sonra da aparacaq".
Cebhe.info


Oxunma sayı: 8119