hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Siyasi sferada yeni nizam: “Partiyalar taleyüklü məsələlərdə həmrəylik nümayiş etdirməlidir”

Siyasi sferada yeni nizam: “Partiyalar taleyüklü məsələlərdə həmrəylik nümayiş etdirməlidir”

“Azərbaycanın siyasi sferasında yeni çağrışlar və nizam formalaşır. Bu dəyişikliklər müsbət istiqamətdə getməklə, ölkəmizdə xalq və dövlət vəhdətinin möhkəmlənməsinə xidmət edir”.

Bunu Cebhe.info-ya açıqlamasında Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə deyib.

O, hesab edir ki, bütün siyasi partiyalar məhz bu istiqamətdə çalışmalı və ölkənin taleyüklü məsələlərində həmrəylik nümayiş etdirməlidir:

“Əlbəttə ki, siyasi münasibətlərin sağlamlaşdırılmasında iqtidarın üzərinə də böyük yük düşür. Məhz son aylarda dövlət başçısı İlham Əliyev tərəfindən siyasi partiyalarla əməkdaşlıq atmosferinin qurulması, partiya liderləri ilə dövlətçilik naminə görüşlər məhz siyasi konfiqurasiyanın tərkib hissəsidir. Qeyd edim ki, millət vəkili Razi Nurullayev bir neçə il bundan əvvəl belə bir sivil əməkdaşlığın qurulmasının vacibliyini vurğulamışdı. Razi Nurullayevin AXCP adından imtina etməsi, Milli Cəbhə adında yeni siyasi partiya təsis etməsi dövlətçilik, siyasi mühitin inkişafı naminə və yeni siyasi çağrışlara cavab verməklə atılan ən uğurlu addımdır”.

M.Əsədullazadə bildirib ki, Milli Cəbhə partiyası Məhəmməd Əmin Rəsulzadə və Elçibəy ideyalarını daşımaqla, bu gün Azərbaycan dövlətçiliyinin inkişafına töhfə verəcək:

“Bu siyasi proseslərin amalı, Azərbaycan siyasi müxlaifətində radikalizimdən uzaq yeni əməkdaşlıq formatıdır. Ümid edirik ki, Milli Cəbhə Partiyası dövlət qeydiyyatına alınacaq və ölkədə siyasi müxalifətin sağlamlaşdırılmasına, siyasi nizamın demokratik çalarlala inkişafına dəstək verəcək. Milli Cəbhə partiyası həm parlamentdə , həm də cəmiyyətdə xalqın mənafeləri naminə daima çalışacaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 16347

Bizim Telegram səhifəmizi izləyin