hava haqqinda Bakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.9181
  • NEFT - $ 66.75
  • clouds-weather

Siyavuş Novruzov pensiyalardan danışdı: “Bu artımın heç kimin keçirdiyi mitinqlə, yürüşlə əlaqəsi yoxdur”

Siyavuş Novruzov pensiyalardan danışdı: “Bu artımın heç kimin keçirdiyi mitinqlə, yürüşlə əlaqəsi yoxdur”

"Əmək pensiyalarının artırılması ötən ilin noyabr ayında, 2019-cu ilin büdcə müzakirələri zamanı nəzərdə tutulmuşdu. Kimsə bunu keçirdiyi mitinqlərdən, yürüşlərdən sonra baş verdiyini deyib, ucuz reklam aparmasın”. 

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "Əmək pensiyaları haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. S.Novruzov qeyd edib ki, prezidentin atdığı addımlardan radikal müxalifət özünə pay çıxarmağa çalışır: 

“Dünən adı bu məclisə layiq olmayan bir nəfər sosial şəbəkədə canlı yayım edərək pensiyaların artırılmasının 19 fevralda keçirdiyi mitinqə görə olduğunu bildirib. Amma hər kəs bilir ki, bu artımlar ötən ilin noyabr ayında 2019-cu ilin büdcəsi qəbul olunan zaman nəzərdə tutulmuşdu. Bu artımların heç kimin keçirdiyi mitinqlə, yürüşlə əlaqəsi yoxdur. Hər kəs bilir ki, bu gün Azərbaycanda xalq-iqtidar birliyi var”. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 291