hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Siyavuş Novruzov: ""Koronavirus yoxdur" deyənləri də cərimələmək lazımdır"

Siyavuş Novruzov: ""Koronavirus yoxdur" deyənləri də cərimələmək lazımdır"

“Cərimələrin artırılması təkcə qanunvericilikdə dəyişiklik deyil. Bu, həm də ailələrin, insanların, dövlətin təhlükəsizliyidir. Kiminsə laqeyidli səbəbi ilə insanlar virusa yoluxursa, deməli, cərimələr sərtləşdirilməlidir. Hətta başqa inzibati tədbirlər də görülməlidir”.

Cebhe.info xəbər verir ki, bunu parlamentin iclasında Siyavuş Novruzov karantin qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələrin artırılmasına münasibət bildirərkən deyib. Deputat bildirib ki, qaydaları daha da sərtləşdirmək lazımdır:

“Biz insanlara deyirik ki, 30 qəpik ver maska al, 100 manat cərimə olunma. Bu, həm də onun ailəsinin, anasının, atasının sağlamlığıdır”. Deputat bildirib ki, sosial şəbəkələrdə “pandemiya yoxdur, yalandır” kimi fikirlər yazanlar da cəzalandırılmalıdır:

“İctimai yerlərdə-maşrutlarda, metrolarda maska taxmayın, “koronavirus yoxdur” deyənlər də cərimələnməlidir. Deyirlər ki, qaydaları pozun, onsuz da Prezident, I vitse-prezident cərimələri ləğv edəcək. Mən başa düşürəm, Prezident şəhid ailələrinə, zəlzələdən zərər çəkənlərə, evi yananlara kömək edir, bunlar doğrudur. Amma binanın üstünə çıxıb kabab çəkən adamın cəriməsini niyə dövlət başçısı verməlidir? Ondan cəriməni almaq lazımdır ki, o maskanı sonra necə lazımdırsa, taxsın”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3917