hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Slovakiya qaydaları sərtləşdirib

Slovakiya qaydaları sərtləşdirib

Slovakiya Milli Şurası ölkədə yeni növ koronavirusla (COVİD-19) əlaqədar epidemioloji vəziyyətin pisləşəcəyi halda qüvvəyə minəcək qanun qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Slovakiya Televiziyası məlumat yayıb.

Parlamentin iclasında 150 deputatdan 133-ü iştirak edib və onlardan 77-i qanunun qəbuluna səs verib.

Qanuna əsasən, ictimai məkana gələnlərdən mənfi koronavirus testi, xəstəliyi keçirdiyini təsdiq edən sənəd, yaxud da koronavirusa qarşı peyvənd vurdurduğunu təsdiqləyən sertifikat tələb olunacaq.

Cebhe.info


Oxunma sayı: 738