hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Slovakiya yığması baş məşqçini qovdu

Slovakiya yığması baş məşqçini qovdu

Futbol üzrə Slovakiya millisi baş məşqçisi Pavel Hapal ilə yollarını ayırıb.

"Report" Slovakiya Futbol İttifaqının (SFZ) rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis Millətlər Liqasındakı nəticələrə görə istefaya göndərilib.

SFZ rəhbərliyi komandanın Şotlandiyaya 0:1, İsrailə 2:3 hesabı ilə uduzduqları görüşü qeyri-kafi hesab edib. Millinin yeni baş məşqçisinin adı çərşənbə axşamı açıqlanacaq.

Qeyd edək ki, Slovakiya yığması AVRO-2020-nin pley-off mərhələsinin finalında Şimali İrlandiya ilə üz-üzə gələcək. Qarşılaşma noyabrın 12-də gerçəkləşəcək.

Cebhe.info


Oxunma sayı: 1057

Bizim Telegram səhifəmizi izləyin