hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9389
  • NEFT - 43.47
  • clouds-weather

SMS-icazəyə limit qoyuldu - RƏSMİ

SMS-icazəyə limit qoyuldu - RƏSMİ

Azərbaycanda "SMS icazə" ilə bağlı yenilik olub.

Artıq 8103 "SMS icazə" sistemi vasitəsilə yalnız bir kodla yaşayış yerini tərk etmək mümkündür.

Əhali bir gün ərzində 1 rəqəmi ilə təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün icazə alırdısa, 2 rəqəmini yollamaqla ərzaq və digər gündəlik tələbatını yerinə yetirə bilərdi. Artıq icazə üçün SMS limiti var: yalnız bir dəfə müraciət etmək olar.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sui-istifadə hallarına yol verildiyi üçün artıq "SMS icazə" sisteminə limit qoyulub:

“Vətəndaşlarımıza dəfələrlə müraciət edərək sui-istifadə hallarına yol verməmələrini xahiş etmişdik. Amma bu hallar çox yaşandığından SMS icazəyə limit qoyulub və bundan gündə yalnız bir dəfə istifadə etmək olar”.

Cebhe.info


Oxunma sayı: 2828