hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

SOCAR 5 milyon tondan çox xam neft ixrac edib

SOCAR 5 milyon tondan çox xam neft ixrac edib

Cari ilin ikinci rübdə SOCAR tərəfindən xarici bazarlara 5 milyon tondan çox xam neft ixrac olunub.

Cebhe.info xəbər verir ki, bu haqda SOCAR məlumat yayıb.

Şirkətdən bildirilib ki, hesabat dövründə ölkədən təbii qaz ixracı ümumilikdə 3 milyard kubmetrə yaxın olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5 faiz çoxdur.

Bilavasitə SOCAR tərəfindən 138 milyon kubmetr qaz ixrac edilib. Aprel-iyun aylarında neft emalı və neft-kimya məhsullarının ixracı isə təqribən 671 min ton olub.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2597