hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

SOCAR üçün milyard manat

SOCAR üçün milyard manat

Azərbaycan dövlət şirkəti SOCAR 2018-ci ildə dövlət büdcəsindən 959,5 milyon manat vəsait alıb.

Trend bildirir ki, "2018-ci ildə Azərbaycanın dövlət büdcəsinin icrası haqqında" qanunda belə deyilir.

Qeyd edilir ki, vəsait bir sıra sahələrdə qazma əməliyyatlarını aparmaq və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə qaz satışı ilə bağlı itkilərin ödənilməsi üçün ayrılıb.

"Bundan 663,2 milyon manat “Ümid”, “Qarabağ” və “Babək” yataqlarında qazma işlərinin aparılmasına ayrılıb, 296,3 milyon manat isə ARDNŞ-in, "Azərenerji "ASC tərəfindən idxal olunan qazı müqavilə dəyərindən aşağı qiymətə satmasından yaranan zərərlərinin ödənilməsinə yönəldilib”, - deyə qanunda vurğulanıb.

Cebhe.info


Oxunma sayı: 1222