hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Soçi görüşündən əvvəl Ərdoğanın Qarabağ toplantısı: “Mesajdır...”

Soçi görüşündən əvvəl Ərdoğanın Qarabağ toplantısı: “Mesajdır...”

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Toplantıda ölkə daxilində və xaricdə terrorçuluqla mübarizə sahəsində atılan addımlar və bu sahədəki mövcud durum müzakirə olunacaq. İclasda həmçinin Qarabağ, Aralıq dənizi, Əfqanıstan və Suriyadakı son vəziyyət nəzərdən keçiriləcək.

Qeyd edək ki, sabah Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Görünən odur ki, bu görüşdən öncə Türkiyə Prezidentinin hökuməti toplaması və Qarabağ məsələsinin müzakirə olunması heç də təsadüfi deyil.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, sabah Soçidə keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündən əvvəl Türkiyənin belə toplantı etməsi əslində bir mesajdır:

“Türkiyə bir daha ölkəmizə dəstək nümayiş etdirərək, istənilən danışıqlarda Azərbaycanın haqq davasında sona qədər yanında olduğunu göstərir. Düşünürəm ki, Türkiyədə bu toplantının keçirilməsini belə qəbul etmək olar. Əlbəttə ki, 44 günlük müharibə zamanı, ondan əvvəl və sonrakı bütün məsələlərdə Türkiyəni daim yanımızda hiss etdik. Qardaş ölkə daim və açıq şəkildə Azərbaycana dəstək nümayiş etdirdi.

Prezident Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Hulusi Akar və xarici işlər naziri Mövlüd Çavuşoğlu bütün plaftormalarda Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bəyan etdilər. Onu da qeyd edim ki, qardaş Türkiyənin Azərbaycanın yanında olması bizə əlavə güc verir. Danışıqlar masasında da Azərbaycan qalib dövlət olaraq iştirak edir. Təbii ki, bizim də “qırmızı xətt”imiz var və o həddə qədər istənilən danışıqlarda iştirak edərək, öz haqlarımızı müdafiə edəcəyik”.

Elmir
Cebhe.info


Oxunma sayı: 5875