hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

SON 7 GÜN: Prezident “taxtı”na kim oturacaq?

SON 7 GÜN: Prezident “taxtı”na kim oturacaq?

Ukraynada 31 martda keçiriləcək prezident seçkisi ilə bağlı rəy sorğuları maraqlı nəticələr ortaya qoyur.

Cebhe.info xəbər verir ki, son rəy sorğusuna görə, əhalinin üçdə biri şoumen Zelenskini dəstəkləməyə hazırdır. 

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun apardığı rəy sorğusuna görə, ilk dəfə Zelenskinin səsi 30 faizdən yüksək olub.

Digər namizəd Yuliya Timoşenko ukraynalıların 12,5 faizinin səsini alıb. 17 faiz respondent indiki prezident Petro Poroşenkonu dəstəkləyəcəyini vurğulayıb. 

Budəfəki rəy sorğusunun "qəhrəmanı" isə Vladimir Zelenski olub. O, sorğuda iştirak edənlərin 32,1 faizinin səsini toplayıb. 

"1+1" telekanalının təqdim etdiyi rəy sorğusuna görə, belə davam edəcəyi təqdirdə seçkidə Zelenskinin qələbəsi tamamilə mümkündür.

Qeyd edək ki, seçki 31 martda keçiriləcək və ölkə başçısı postuna 39 namizəd iddialıdır. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 2682