hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Son 6 ayda dəmir yolundan 1,5 milyon sərnişin istifadə edib

Son 6 ayda dəmir yolundan 1,5 milyon sərnişin istifadə edib

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu ilin son altı ayı ərzində dəmir yolundan istifadə edən sərnişinlərin sayını açıqlayıb.

QSC-dən Trend-ə verilən məlumata görə, 2019-cu ilin 6 ayı ərzində dəmir yolu ilə 1 milyon 579 min sərnişin daşınıb. Onlardan 473 mini yerli istiqamətlərdə, 90 mini xarici, 1 milyon 16 mini isə şəhərətrafı elektrik qatarları ilə daşınıb.

2018-ci ilin 6 ayı ilə müqayisədə sərnişindaşımada yerli istiqamətdə 11,5 faiz, beynəlxalq istiqamətlərdə 9,2 faiz, şəhərətrafı elektrik qatarları ilə 29,8 faiz artım müşahidə olunub.

Cebhe.info


Oxunma sayı: 1079