hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Son 9 çempionatda ilk dəfə

Son 9 çempionatda ilk dəfə

Azərbaycan Premyer Liqasında qızıl medalların sahibinə son tur aydınlıq gətirəcək.

Cebhe.info Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bununla da çempionun vaxtından əvvəl təmin olunması seriyası başa çatıb. Sonadək oynanılan son 9 çempionatın qalibi öncədən müəyyənləşib.

3 dəfə “Neftçi”, 6 dəfə “Qarabağ”ın qızıl medallar qazandığı mövsümlərdə son tur çempionluq baxımından əhəmiyyət daşımayıb. Yarımçıq dayandırılan ötən mövsümün mükafatları ilə bağlı qərarı isə AFFA İcraiyyə Komitəsi verib.

Çempionun son turda müəyyənləşdiyi son yarış isə 2009/10 mövsümü olub. 11 il öncə “İnter” (indiki “Keşlə”) qızıl medalları son turda əldə edib.

Cebhe.info


Oxunma sayı: 672