hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Son bir ildə Bakıda kimsəsiz kimi dəfn olunanların sayı açıqlandı - ÖZƏL

Son bir ildə Bakıda kimsəsiz kimi dəfn olunanların sayı açıqlandı - ÖZƏL

1989-cu ildə Dədə Qorqud qəbiristanlığında salınan kimsəsizlər məzarlığı ötən ilin mart ayının 3-dən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən qurumun nəzarətinə verilib.

Məlumat üçün qeyd edək ki, kimsəsizlər məzarlığında “bomj”lar, həbsxanalarda dünyasını dəyişən kimsəsizlər, qocalar evi, narkoloji dispanser və Maştağada yerləşən psixatriya xəstəxanasında dünyasını dəyişən kimsəsizlər, şəxsiyyəti məlum olmayan, qohum-əqrəbası üzə çıxmayan, itkin düşən şəxslərin məzarı var.

Maraqlıdır, son bir ildə kimsəsizlər məzarlığında neçə nəfər kimsəsiz dəfn edilib?

Zığ qəsəbəsinin bələdiyyəsindən Cebhe.info-nun sorğusuna cavab olaraq verilən məlumata görə, məzarlıqda hazırda koronavirus səbəbindən həyatını itirən kimsəsiz yoxdur: “Məzarlığın bələdiyyənin idarəçiliyinə verildiyi gündən bu günədək 178 nəfər kimsəsiz dəfn edilib. Dəfn edilənlər arasında koronavirus səbəbindən həyatını itirən yoxdur”.

Semra Ələkbərli

Cebhe.info


Oxunma sayı: 1552