hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

"Son gedişat məni qəzəbləndirdi" - Erkin Qədirlidən Məclis sədrinin istefasına reaksiya

"Son gedişat məni qəzəbləndirdi" - Erkin Qədirlidən Məclis sədrinin istefasına reaksiya

"Məni şəxsiyyətlər düşündürmür, mən problemlərin sistem köklərini düşünməyə üstünlük verirəm. Biz, ən çox da mən, "sistem problemi" deyə-deyə öz əlimizlə ReAl-da sistem problemini yaratdıq".

Cebhe.info xəbər verir ki, bunu ReAl partiyasının Məclis üzvü Erkin Qədirli Məclis başqanı Azər Qasımlının ötən gün istefa verməsinə münasibətdə deyib.

O bildirib ki, sistem problemində günahkar axtarmağın bir anlamı olmur: "Amma buna həvəsi olanlar günahı şəxsən məndə görə bilərlər. Son gedişat məni qəzəbləndirdi. Ona görə də dərhal heç nə yazmadım. Azər Qasımlının xətrini çox istəyirəm, dostumdur. Odur ki, o, mənim üçün hər zaman əziz olacaq. Azər seçimini etdi. Onun seçimilə, yumşaq desəm, razı deyiləm, amma ona (seçimə) hörmətlə yanaşıram. Azərin getməyindən faydalanmağa çalışanları da qınamıram”.

Cebhe.info


Oxunma sayı: 463