hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Son sutka ərzində Pakistanda koronavirusdan 49 nəfər ölüb

Son sutka ərzində Pakistanda koronavirusdan 49 nəfər ölüb

Son sutka ərzində Pakistanda COVID-19-dan 49 nəfər ölüb. Beləliklə, bu ölkədə virusdan ölənlərin sayı 4167 nəfərə çatıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son 24 saatda 3557 nəfər koronavirusa yoluxub. Hazırda belə xəstələrin sayı 206 min 512 nəfərdir.

Ötən gün ərzində daha 2783 xəstə sağalıb və evə buraxılıb. Pakistanda bu xəstəlikdən sağalanların ümumi sayı 95 min 407 nəfərdir.

Hazırda 2437 pasiyentin vəziyyəti ağır olaraq qalır.

Cebhe.info


Oxunma sayı: 2179