hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Sonsuzluq, şəkər, duzlaşma, təzyiq... - DOVŞAN ƏTİ MÖCÜZƏ YARADIR

Sonsuzluq, şəkər, duzlaşma, təzyiq... - DOVŞAN ƏTİ MÖCÜZƏ YARADIR

Dovşan demək olar ki, dünyanın bütün ölkələrində yaşaya bilən heyvanlardandır.

Onların həyat tərzi çox sadədir. Dovşanın əti də insan orqanizmi üçün çox faydalıdır.

Milli.Az bildirir ki, cavan dovşanın əti daha daldı və kövrək olur. Dovşan ətini bişirməmişdən əvvəl marinadlaşdırıb saxladıqda isə o daha da ləzzətli olur. 10 saat marinadlaşdırılmış dovşan ətindən hazırlanan yeməklər gözəl dada malik olur. Dovşan ətinin dadlı olması onun yediyi qidalardan və yaşından asılı olur. Bu ət yağlı olmadığına görə xüsusi dada malik olur. Dovşan ətini bişirməzdən əvvəl onu suda və ya kvassda bir-neçə saat saxlamaq lazımdır. Bəzi aşbazlar onu sirkəli suda saxlayıb sonra bişirirlər.

100 qram dovşan ətinin qida dəyəri:

Zülallar - 21,3 qr
Yağlar - 11 qr
Su - 66,5 qr
Kalori - 182 kKal.

Dovşan ətinin tərkibi malın döş ətinin tərkibi ilə eynidir. Şirin dadı olan dovşan əti dietik hesab edilir. Dovşan ətinin tərkibində olan zülalların miqdarı başqa ətlərin tərkibində olan zülalların miqdarından daha azdır. Zərif və xoş dada malik olan dovşan ətinin tərkibində B6, C, PP, B12 vitaminləri, dəmir, kilbat, ftor, fosfor, kalium və marqanes elementləri var. Dovşan əti maddələr mübadiləsini balanslaşdırmaq qabiliyyətinə malikdir. Bu isə dovşan əti ilə qidalanmanın orqanizmin sağlam olması üçün vacib olduğunu təsdiq edir. Dovşan əti uşaqlar üçün əla qida vasitəsi hesab edilir. Qaraciyər, öd kissəsi, allergiya və yüksək təzyiqdən əziyyət çəkənlərə dovşan əti yemək məsləhət görülür.

Dovşan əti qida dəyəri ağır olan ətlərə daxildir. Digər ətlərə görə daha yüksək nisbətdə zülal, fosfor, dəmir, mis kimi mədən duzları ehtiva edir. 200 qram dovşan ətində ortalama 30-35 qram zülal var. Yağ, ürik turşu, natrium, kollesterol və kalori nisbəti isə daha aşağıdır. A, C və D vitamini B vitamini birləşmələri var. Dovşan ətinin insanda qan yaradıcı xüsusiyyəti var və xüsusilə qan azlığını mane olar. Dovşan əti bədəni canlı tutar və insana güc verir. Zehni inkişafa çox faydası vardır. Köklüyə böyük ölçüdə mane olar. Dovşan əti sonsuzluq müalicəsində istifadə edilə bilər. Hipofiz hormonundan ötəri uşağı olmayanlarda da dovşan ətini çox yemələri yaxşı nəticə verə bilər. Dovşan yağı gözəl bir masaj kremidir. Oynaq kirəclənməsi və romatizmalarda, şişilər zamanı yumaşadıcı olaraq tətbiq edilə bilər.

Dovşan əti anamiya, talasemiya, şəkər, qan təziqi kimi xəstəlikdən əziyyət çəkən insanlara çox faydalıdır. Yel xəstəliyi olan, duzlaşma problemi ilə üz üzə qalan xəstələr də dovşan piyindən sürtkü krem kimi istifadə etməklə şəfa tapa bilərlər. Həmçinin sonsuzluq kimi problemlərin aradan qalxmasına, uşaqlarda zehni qabiliyyətin inkişafına əvəzsiz və təbii dəstəkdir.

Dovşan ətinin zərərli xüsusiyyətləri:

Çoxlu miqdarda dovşan əti yemək böyüklərdə podaqra, artrit, uşaqlarda isə sinir-artrit diatezinə səbəb ola bilir. Tərkibində olan purin orqanizmdə sidik turşusunun artmasına səbəb olur ki, bu da adları qeyd olunan xəstəliklərin inkşaf etməsinə səbəb olur. Purin əsasən oynaqlarda toplanaraq onları zədələyir. Psoriazdan və psoriatik artritdən əziyyət çəkənlərə dovşan əti yemək olmaz. Onun tərkibində olan amin turşular sinil turşusuna çevrilir və bu da orqanizmdə turşuluğun miqdarını azaldır. Bu zaman adları çəkilən xəstəliklərin əlamətləri kəskinləşir.

Cebhe.info


Oxunma sayı: 639