hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

Sorğuya gec cavab verən vəzifəli şəxsləri cərimə gözləyir: Parlament təsdiqlədi

Sorğuya gec cavab verən vəzifəli şəxsləri cərimə gözləyir: Parlament təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik III oxunuşda müzakirəyə çıxarılıb.

Cebhe.info xəbər verir ki, dəyişikliklə telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətə cavablandırılmamasına görə cəzalar müəyyənləşdirilib.

Belə ki, Milli Məclisə daxil olan qanun layihəsinə əsasən, Məcəlləyə yeni 370-2 maddəsi əlavə edilir. Əlavəyə əsasən, telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların verilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər isə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə olunacaq. Bu inzibati xətanın bir il ərzində təkrar törədilməsinə görə isə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 500 manatadək cərimə olunacaq.

Qeyd edək ki, “Telekommunikasiya haqqında” Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim edilməlidir.

Bu müddətdə həmin informasiyanın aktuallığını itirməsi ilə əlaqədar sorğunun təcili olması barədə sorğu verənin qeydi olduqda, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Məcəlləyə dəyişiklik müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 749