hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Sosial mənzillər qısa müddətdə belə satıldı

Sosial mənzillər qısa müddətdə belə satıldı

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə 12.07.2019-cu il tarixində saat 11:00-da başlanıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Cebhe.info xəbər verir ki, satışa çıxarılan 253 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. 

Qeyd edək ki, “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 11518 nəfərdir.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 694