Sosial şəbəkələr Trampa qadağanı öz aralarında razılaşdırıb?-“Twitter”dən açıqlama
Twitter” şirkətinin rəhbəri Cek Dorsi ABŞ Prezidenti Donald Trampın hesabına blok qoyulmasını düzgün qərar adlandırıb. Cebhe.info-nun məlumatına görə, Dorsi bunun təhlükəli presedent yaratdığını deyib.
“Hesab edirəm ki, bu, “Twitter” üçün doğru qərar idi. Bütün hərəkətlərimizi ictimai təhlükəsizliyə yönəltməyə məcbur edən qeyri-adi və çətin bir vəziyyətlə qarşılaşdıq. İnternetdə açıq danışmağın oflayn ziyanı göz qabağındadır. Bu, hər şeydən əvvəl bizim siyasətimizi və onun icrasını "yerindən oynadır". Mən Trampın “Twitter” hesabını bloklamaq məcburiyyətində qaldığımızdan məmnun deyiləm və ya qürur duymuram”,-Dorsi rəhbərlik etdiyi sosial şəbəkədəki hesabında belə yazıb.
Şirkət rəhbəri eyni zamanda, bir neçə böyük sosial şəbəkənin Trampı bir anda blok etmək qərarını öz aralarında razılaşdırmadığını bildirib.
Müşfiq Abdulla
Cebhe.info
Oxunma sayı: 782
Bizim Telegram səhifəmizi izləyin