hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Sosial şəbəkələrdə bunu etsəniz: HƏBS OLUNACAQSINIZ

Sosial şəbəkələrdə bunu etsəniz: HƏBS OLUNACAQSINIZ

Sosial şəbəkələrdə fiziki və hüquqi şəxslərin foto və fikirlərini müxtəlif, dəyişilmiş və təhrif olunmuş formada paylaşaraq yalan məlumatlar yaymaqla şəxsiyyətinə xələl gətirmək və ya maddi və mənəvi zərər yetirmək qanuna zidd hərəkət hesab olunur.

Cebhe.info-ya açıqlamasında İKT üzrə mütəxəssis Azər Həsrət belə hallara yol verən insanlardan şikayət olunarsa, cinayət məsuliyyətinə cəlb oluna biləcəklərini deyib:

“Məsələ iki aspektdən dəyərləndirilir. Birincisi etik tələblərə riayət olunmalıdır. Yəni istər jurnalist olsun, istərsə də sosial media istifadəçisi olsun, hər biri etik tələblərə əməl etməlidir. Yəni təhrif olunmuş məlumatları heç kim yaymamalıdır. İkincisi insanlar haqqında yalan, uydurma, təhrif edilmiş, şəxsiyyəti alçaldan bu və ya digər şəkildə insanın şəxsiyyətinə zərər vura biləcək görüntülərin, xəbərlərin, hətta səsin belə yayılması yolverilməzdir. Əks halda zərərçəkmiş şəxsin qarşı tərəfdən təzminat tələb etmək və həbsədək cəzalandırılmasını tələb etmə haqqı var”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 903