t Sosial sığınacaqlarda nə qədər sakin var? - Nazirlik rəqəmləri açıqladı
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Sosial sığınacaqlarda nə qədər sakin var? - Nazirlik rəqəmləri açıqladı

Sosial sığınacaqlarda nə qədər sakin var? - Nazirlik rəqəmləri açıqladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə indiqədək 340 nəfər qəbul olunub.

Hazırda iki müəssisədə 61 nəfər yaşayır. 

Bu barədə məlumatı Cebhe.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov verib. 

O deyib ki, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa bu vaxta qədər 225 nəfər qəbul olunub. Onlardan 49 nəfəri sığınacaqda yerləşdirilib. 

“Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə isə ötən dövrdə 115 nəfər qəbul olunub və hazırda 12 uşaq yaşayır. Hər iki müəssisədə müasir tələblərə uyğun şərait var. Sığınacaqlarda qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir. Əsas məqsəd həmin insanların normal həyat tərzinə qayıdışı, sosial adapatasiyasıdır. Bu məqsədlə sosial sığınacaqlara qəbul edilmiş insanların sosial reabilitasiyası işləri də aparılır. Həmçinin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaqda uşaqların sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək, nəticəsinə uyğun tədbirlər həyata keçirilir. Sosial Sığınacaqdan sonrakı dövrdə daimi yaşayış yeri ilə təmin olunmaları üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi yönündə müvafiq işlər görülür”, - deyə qurum rəsmisi əlavə edib. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1981