hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Sovet marşalının abidəsi dağıdılıb - Polşada

Sovet marşalının abidəsi dağıdılıb - Polşada

Polşanın şimalındakı Leqnitse şəhərində naməlum şəxslər sovet və Polşa marşalı Konstantin Rokossovskynin heykəlini oğurlayıblar.

Bu hadisə iyulun 30-a keçən gecə baş verib. Bu barədə yerli media xəbər verir.

Polis bir qədər sonra heykəli tapsa da, onun başının mişarla kəsilib aparıldığı məlum olub.

Rəsmilər bildirirlər ki, həm heykəli oğurlayanlar, həm də abidənin çatışmayan fraqmenti axtarılır.

Rokossovskynin abidəsi Mis Muzeyinin bir ekspozisiyası kimi Leqnitse bələdiyyə qəbiristanlığının qarşısında qoyulmuşdu.

Rokossovsky 1896-cı ildə Varşavada doğulub. O I Dünya Müharibəsində Rusiya ordusunun sıralarında iştirak edib.

1917-ci ildə könüllü olaraq Qırmızı orduya qoşulub. O Sovet İttifaqında eyni vaxtda iki ölkənin yeganə marşalı idi.

Rokossovsky 1937-ci ildə Polşa kəşfiyyatı ilə əlaqədə olması ittihamı ilə həbs edilib. Lakin 1940-cı ildə ordu sıralarına bərpa olunub.

Rokossovsky II Dünya Müharibəsinin əsas sərkərdələrindən biri sayılır. Moskvanın Qırmızı meydanında keçirilən Qələbə paradına o komandanlıq edib.

Rokossovsky müasir Polşada ziddiyyətli şəxsiiyyət kimi qəbul olunur.

O bir tərəfdən I Belarus cəbhəsinin komandanı kimi Polşanı nasist işğalından azad edib və deyilənə görə vətəninə böyük sevgisi və ehtiramı olub.

Digər tərəfdən o qatı stalinçi idi və Polşa azad edildikdən sonra bu ölkədə işğalçı sovet rejimini təmsil edirdi.

Cebhe.info


Oxunma sayı: 738